Millət vəkili Bakıda bağlanan poliklinika ilə bağlı müraciət etdi

Bakı şəhər Baş Səhiyyə İdarəsi 6-cı mikrorayonda 26 mindən artıq sakinə xidmət göstərən 27 saylı şəhər poliklinikasının fəaliyyətini 2018-ci ildən dayandırıb. 

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib. 

O bildirib ki, həmin poliklinikanın yanğın təhlükəsizliyi baxımından istismara yararsız olduğu əsas gətirilib. 

“Bu, əhali üçün ciddi problemlər yaradır. Müvafiq səhiyyə qurumlarından bu məsələnin həllini xahiş edirəm”, – deyə A.Quliyev əlavə edib. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir