Millət vəkili: “Milli Məclisin adından ATƏT-in Minsk qrupuna müraciət edək”

“Milli Məclisin adından ATƏT-in Minsk qrupuna bir məktub ünvanlayaq. Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılmasını istədiyimizi bu müraciətdə qeyd edək”. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib:

“Dünən ölkə Prezidenti TRT-yə müsahibəsində açıq şəkildə dünyaya bəyan etdi ki, Türkiyə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmalıdır. Azərbaycan xalqının hər bir nümayəndəsinin də istəyi budur. Biz bu istəyi parlament adından ATƏT-ə ünvanlayaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir