Minskdə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının görüşü keçiriləcək

Minskdə Rusiyanın baş prokuroru İqor Krasnov, Azərbaycanın baş prokuroru Kamran Əliyev və Ermənistanın baş prokuroru Artur Davtyan arasında üçtərəfli görüş keçiriləcək. 

Bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı əvvəllər əldə edilmiş razılaşmaların icrası müzakirə olunacaq.

Bildirilir ki, görüş MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurasının 32-ci iclasında, o cümlədən Belarus Respublikası Prokurorluğunun yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə baş tutacaq.

Məlumata görə, tədbirlərdə bir sıra ikitərəfli görüşlər də keçiriləcək.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.