Misir Prezidenti Azərbaycana səfər edəcək

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər edəcək.

“Ria24.az” xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.

Səfir əlavə edib ki, Əbdülfəttah əs-Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü də Bakıya gələcək.

Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.