Mixail Boçarnikov: “AİB-ə qoşulma haqqında qərar sırf Azərbaycanın seçimindən asılıdır”

“Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulub-qoşulmama haqqında qərar sırf Azərbaycanın seçimindən asılıdır və bu, onun suveren hüququdur”.

“Ria24.az” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, AİB formatına inteqrasiya ölkələrə fayda verib:

“Belə ki, 2021-ci ildə AİB-ə üzv ölkələrdə iqtisadi artım müşahidə olunub, AİB ölkələri arasında qarşılıqlı ticarət həcmi 30 %, xarici bazarlara ixrac 41 %, ölkələrin ÜDM-i 4 %-dən çox artıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.