Mixail Qusman: “İlham Əliyevin yanaşması informasiya müharibəsinin gedişatını dəyişdi” – VİDEO

Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə dövründə TASS obyektiv idi.

Bu barədə TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman BakuTV-yə müsahibəsində bəyan edib.

“Bizim əsas vəzifəmiz informasiya müharibəsi dövründə son dərəcə obyektiv olmaq, müharibə və həmin günlərdə baş verənlər barədə danışmaq idi. Düşünürəm ki, TASS İnformasiya agentliyi bunu tam yerinə yetirdi. Biz həm siyasi, həm hərbi şəraitdə baş verənləri tam əhatə etməyə çalışdıq”, – deyə o, bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Rusiyanın bir sıra KİV nümayəndələri barədə bunu demək olmazdı, lakin Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin yanaşması informasiya müharibəsində baş verənlərin gedişatını tamamilə dəyişdi.

“O, demək olar ki, hər gün dünyanın ən müxtəlif regionlarından olan çoxlu sayda KİV-ə arqumentlərlə, sübutlarla müsahibələr verirdi. Bütün bunlar Rusiya auditoriyasına çox güclü təsir etdi”, – deyə Qusman vurğulayıb.

Söhbət zamanı o, Azərbaycanın öz ərazilərini işğaldan azad edilməsi, müharibə dövründə baş verənlərdən, tarixi zəfərimizdən və görülən quruluculuq işlərindən də danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir