MM Komitə sədri: “Orqan gözləyən xəstələrin gözlədiyi müddət nəzərə alınacaq”

“Bu qanun layihəsinin qəbulu çox əhəmiyyətlidir. Bununla bağlı onlarla müraciət almışam”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, orqan transplantasiyası zamanı indiyə qədər olan növbəlilik nəzərə alınmalıdır:

“Növbəlilik prinsipi gözlənilərkən korrupsiyaya meyllilik halları yarana bilər. Bunun qarşısını almaq üçün qanunda indiyə kimi növbəliliyin saxlanılması məsələsi də qanun layihəsində əksini tapmalıdır. Əks halda burada qeyri-şəffaflıq yarana bilər. Yaxud burada hansısa mexanizmlər tətbiq oluna bilər. Növbəlilik prinsipi gözlənilərkən xəstənin vəziyyəti də nəzərə alınmalıdır”.

MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, şübhəsiz, qanun qüvvəyə mindikdən sonra informasiya bankı tərəfindən orqan gözləyən xəstələrin gözlədiyi müddət nəzərə alınacaq:

“Onların hüquqları pozulmayacaq. Qanun qəbul edildikdən sonra onun işlənmə mexanizmləri ilə müvafiq icra qurumları məşğul olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir