Moldovanın eks-baş naziri Bakı Forumunda dünyaya səsləndi

“Biz qlobal istiləşmə mövzusu ilə bağlı müzakirələr aparırıq”.

Oxu.Az xəbər verir ki, bunu Moldovanın keçmiş baş naziri Çiril Qaburici VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib.

Onun sözlərinə əsasən, çox yaxşı haldır ki, bu məsələyə siyasətçilər də münasibət bildirirlər.

“Gələcəyin enerji infrastrukturunun necə görünəcəyinə gəlincə, biz elektrik avtomobillərinin rolunu qeyd etməliyik. Elektrik avtomobilləri havaya daha az karbon qazı buraxırlar. Bu tip istehsalat qlobal istiləşmənin qarşısını ala bilər”, – deyə o əlavə edib.

Sabiq baş nazir bildirib ki, bununla belə iqlim dəyişikliyi dünyanın bütün bölgələrinin prioritetləri sırasında deyil.

O, istehlak səviyyəsinin kəskin artmasının bəşəriyyətə ziyan vurduğunu da açıqlayıb: 

“Biz istehlakın yüksək səviyyədə olduğunu müşahidə edirik. Biz bəzən həddindən artıq israfçılığın şahidi oluruq. Aramızda çox az adam anlayır ki, biz istehlakı artırdıqca, bu, ətraf mühitə də mənfi təsir göstərir. Dövlətlər yeni layihələrə imza atmalıdır, proseslər tənzimlənməlidir”.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir