Mövlud Çavuşoğlu azərbaycanlı həmkarının iştirakı ilə keçiriləcək toplantıları anons etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 12-də Pakistana səfər edəcək.

Bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasının Xarici İşlər naziri Tahsin Ertuğruloğlu ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

“Çərşənbə günü İslamabadda Türkiyə-Pakistan-Azərbaycan üçtərəfli toplantısı keçirəcəyik. Bu toplantının bir məqsədi də eyni formatda zirvənin hazırlığını aparmaqdır.

Bundan əlavə, Azərbaycanın Xarici İşlər naziri ilə də İslamabadda ikitərəfli bir görüş keçirəcəyik, baş verən son hadisələri qiymətləndirəcəyik.

Cənab Prezidentimiz yeni ildən sonra türk cümhuriyyətlərinin prezidentləri ilə telefon danışıqları aparıb. Bu danışıqlar zamanı qarşıdakı dövrdə həyata keçirəcəyimiz toplantı və ziyarətlər müzakirə olundu.

Məsələn, həm Türkmənistan prezidenti ilə ikitərəfli ziyarət baş tutacaq, həm də Türkiyə-Türkmənistan-Azərbaycan XİN rəhbərlərinin zirvə görüşləri keçiriləcək”, – deyə M.Çavuşoğlu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir