Mövlud Çavuşoğlu: “Ermənistan işğala məruz qalmayan Azərbaycan ərazilərinə də hücum edir”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk-Qazax Universitetinin 2020-2021 akademik ilinin açılış mərasimində Ermənistanın Azərbaycan torpaqlarına hücumlarından danışıb.

“Anadolu” agentliyi xəbər verir ki, o Ermənistanın hərbi cinayət törətdiyini bir daha vurğulayıb:

“Bölgəmizdə təcavüzkar dövlətlər var. Ermənistanın son zamanlarda Azərbaycana yenidən hücumu bunu bir daha göstərdi. Ermənistan işğala məruz qalmayan Azərbaycan ərazilərinə də hücum edir. Bu, hərbi cinayətdir”.

O qeyd edib ki, bəzi dövlətlər buna səssiz qalırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir