Mövlud Çavuşoğlunun Azərbaycana işgüzar səfəri başladı – YENİLƏNİB + FOTO

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana işgüzar səfəri başlayıb.

Bu barədə M. Çavuşoğlunun rəsmi “Facebook” səhifəsində məlumat verilib.

10:20

Türkiyə Xarici İşlər (XİN) naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gəlir.

Bu barədə Türkiyə XİN-in rəsmi səhifəsində qeyd edilir.

“Cənab nazirimiz 6 oktyabr 2020-ci il tarixində Azərbaycana işgüzar səfər edəcək.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi nəzərdə tutulan nazir həmkarı Ceyhun Bayramov ilə də Yuxarı Qarabağdakı son vəziyyət, mövcud regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparacaq”, – deyə mətndə bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir