Mqer Qriqoryan: “Kommunikasiyaların açılması ilə bağlı ilkin razılaşmalar var”

“Kommunikasiyaların açılması ilə bağlı müəyyən təsəvvürlərimiz və ilkin razılaşmalar mövcuddur”.

Bu sözləri Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, sözügedən təsəvvürlər və ilkin razılaşmalar onunla bağlıdır ki, kommunikasiyaların blokdan çıxarılması ilə bağlı tənzimləmələr MDB-nin hüquqi bazası əsasında həyata keçiriləcək.

Qeyd edək ki, söhbət Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətindən gedir.

Mənbə: Ermənistan KİV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir