MSK Dairə Seçki Komissiyalarının tərkibini yenidən formalaşdırıb – YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsi müzakirə olunub.

Oxu.Az-ın məlumatına görə, müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul edilib.

16:16

“Azərbaycan qələbə qazanmaqla özünün şərəfli tarixini yazıb. Digər sahələrdə olduğu kimi biz də öz işimizi yüksək səviyyədə quracağıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, MSK Operativ Qərargahın bütün qaydalarına əməl edir:

“Ölkə rəhbərliyinin şəxsən özü bu məsələlərə nəzarət edir”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının(MSK) bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılır.

Müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir