Mübariz Mənsimovun saxta generalı: Elçin Axundzadə haqqında ŞOK FAKTLAR – FOTO

“Azpolitika” saytı iş adamı Mübariz Mənsimovun Azərbaycanda fəaliyyət göstərən bəzi saytlarla qeyri-şəffaf əməkdaşlığı ilə bağlı maraqlı məlumat verib.

Saytın araşdırması zamanı bəlli olub ki, Mübariz Mənsimovun pul paylayanı sabiq hərbçidir. Belə ki, Müdafiə Nazirliyinin Maliyyə şöbəsinin sabiq əməkdaşı hazırda Mənsimovun Bakıdakı “qara kassa”sı funksiyasını oynayır:

“Həmin şəxs 2012-ci ilədək adı və soyadı Fariz Fəyyazov olan Axundzadə Elçin Rəşid oğludur. 1967-ci ildə Masallı rayonunda anadan olan Elçin Axundzadə 1992-2006-cı illərdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsində xidmət edib, ehtiyatda olan mayordur. Əldə etdiyimiz məlumatlara görə, o, nazirlikdəki maliyyə yeyintilərinə görə işdən uzaqlaşdırılıb”.

Elçin Axundzadənin adı Demokrat.az saytının əməkdaşına tanış gəldiyi üçün kiçik araşdırma edib. Məlum olub ki, hazırda rəsmi dövlət qeydiyyatına alınan bir QHT-yə rəhbərlik edən bu şəxs bir vaxtlar tədbirlərdə fotodakı saxta general paltarında görünürdü. Belə paltarı onunla yanaşı, bir neçə başqa adam da geyinirdi.

Formaları bunlara paylayan Firdovsi Ələkbərov adlı şəxs idi. Məhz bu saxta general forması ilə bağlı araşdırmalardan sonra hüquq-mühafizə orqanları formanı satan Firdovsini saxlayaraq, məsuliyyətə cəlb etdi.

O vaxtdan Elçin Axundzadə də “general” mundiri ilə vidalaşmalı oldu. Maraqlıdır ki, Elçin bəy bu paltarda olan bütün fotolarını sosial şəbəkələrdən silib. Ancaq arxivdə qalıb. Dünən yayılan məlumatda diqqətimi çəkən başqa bir vacib məqam bu adamın adının və soyadının kökündən dəyişməsi oldu. Olduqca maraqlı personadır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.