Müddətli hərbi xidmətdə olan hərbçilərin övladlarına müavinət ödəniləcək

Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq müavinət ödəniləcək.

Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyulun 13-də imzaladığı “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik edilməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu zaman hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir