Müharibə veteranlarının aylıq müavinəti qaldırılsın – TƏKLİF

“Müharibə veteranlarının aldığı aylıq müavinətin məbləği artırılmalıdır”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, ölkədə kommunal qiymətlərin artımı müharibə veteranlarına verilən aylıq məbləğə bir daha baxılmasını zəruri edir:

“Təklif edirəm ki, bu məbləğ heç olmasa 130 manata qaldırılsın”, – deyə S.Novruzov əlavə edib.

Qeyd edək ki, müharibə veteranlarının aylıq müavinəti 80 manatdır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir