Nazir əmr imzaladı: Daxili İşlər orqanlarında YENİ TƏYİNAT

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis kapitanı Cabbar Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi vəzifəsinə təyin edilib.

O, bu təyinata qədər Nizami Rayon Polis İdarəsində (RPİ) baş təhqiqatçı vəzifəsində çalışıb

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir