Nazir: “Dövlət borcunun idarə edilməsində dəyişiklik gözlənilir”

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya dəyişiklik olunacağı gözlənilir”. 

Oxu.Az xəbər verir ki, bunu parlamentin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. 

O bildirib ki, həmin Strategiyaya dəyişikliklər olunması üçün Prezidentin müvafiq tapşırıqları var. 

Nazirin sözlərinə görə, yeni strategiyanın qəbul edilməsi gözlənilir. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir