Nazir: “İsrail-Azərbaycan dostluğu iki ölkə xalqlarının ortaq dəyərlərinə əsaslanır”

“Bu həftə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail rəsmiləri və Azərbaycandan köçmüş yəhudilərlə görüşüb”.

“Ria24.az” xəbər verir ki, bu barədə “Jewish Press” nəşrində dərc olunan məqalədə bildirilib.

Qeyd olunub ki, F.Muradov İsrailin maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı naziri Oded Forer, mənzil və tikinti üzrə nazir Elkin Zeev və Knessetin bir neçə tanınmış üzvü ilə görüşüb.

Görüşlərdə Azərbaycan-İsrail əməkdaşlığı və israillilər üçün Azərbaycanda investisiya imkanları, həmçinin iki ölkənin həyata keçirə biləcəyi potensial layihələr müzakirə olunub:

“Fuad Muradovun səfər proqramında Azərbaycandan olan israillilərlə görüşlər mühüm yer tutub. Fuad Muradovun sözlərinə görə, onlar doğulduğu ölkə ilə sıx əlaqələri qoruyub saxlayır və israillilərin Azərbaycana münasibətinə müsbət təsir göstərir”.

Məqalədə İsrailin diaspor məsələləri üzrə naziri Naxman Şayın fikirlərinə də yer verilib. O bildirib ki, F.Muradovla görüş İsrailin Azərbaycanla əlaqələrini gücləndirir:

“İki ölkə arasında müxtəlif sahələrdə əlaqələr barədə ətraflı danışdıq. Azərbaycandan olan peşəkar komanda diaspordakı vətəndaşları ilə bağlı olan layihələr, İsrailin Diaspor Məsələləri üzrə Nazirliyinin komandası isə müxtəlif sahələrlə bağlı təşəbbüslər təqdim edib. İki ölkə arasında xüsusi dostluq münasibətləri iqtisadiyyat, kənd təsərrüfatı və turizm sahələrindəki əlaqələrdən daha dərindir. Bu, ortaq dəyərlərə və xalqlarımız arasında münasibətlərin daha güclənməsi ilə bağlı inama əsaslanır. Birgə fəaliyyətimizi gələcəkdə də davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Məqalədə qeyd olunub ki, Rişon Le Sion şəhərində Azərbaycan diasporunun İsraildəki əsas təşkilatı olan “Azİz”in 55 illiyinə həsr olunmuş tədbir keçirilib:

“Fuad Muradov ravvin Şmuel Simantov, Aleksandr Aqranovski, professor Mixail Aqarunov və digər görkəmli Azərbaycan yəhudilərini İsraildə Azərbaycan icmasının inkişafına verdiyi töhfələrə görə medallarla təltif edib”.

F.Muradov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında müəyyən edilən yeni strategiyadan danışıb: “Bu strategiya xaricdə yaşayan azərbaycanlı miqrantların mədəni-siyasi birliyini təbliğ etmək məqsədilə qəbul edilib. Bu məsələ Azərbaycan dövlətinin strateji hədəfidir”.

Qeyd olunub ki, F.Muradov işğal illərində ermənilər tərəfindən minalanan ərazilərin təmizlənməsindən, müharibədən sonra Qarabağın bərpası istiqamətində görülən işlərdən danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.