Nazir mina xəritələri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi

“Məcburi köçkünlərin işğaldan azad olan torpaqlara qayıtması üçün sistemli və ardıcıl addımlar atılır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu torpaqlarda infrastrukturun dağıdılması barədə litvalı həmkarını məlumatlandırıb.

“Həmin ərazilər 30 il ərzində minalarla çirkləndirilib. Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan mina xəritələri verməkdən boyun qaçırır və hərbi cinayətini davam etdirir. 10 noyabrdan bəri mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb. Ermənistana təzyiq artırılmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar buna səssiz qalmamalıdır”, – deyə XİN başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir