Nazir müavini: “Peyvəndlərin ədalətsiz bölüşdürüldüyü bir dövrdə Azərbaycana vaksin gətirilib”

“Çinlə Azərbaycan arasında imzalanmış müqaviləyə görə koronavirus pandemiyasına (COVID-19) qarşı istifadə üçün ilk peyvənd partiyasını qəbul edirik. Bu, çox önəmli bir hadisədir”.

Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə peyvəndlərin ədalətsiz bölüşdürüldüyü bir dövrdə Azərbaycana vaksin gətirilib: 

“Bu da Prezident tərəfindən aparılan siyasətin nəticəsidir”.

Nazir müavini bildirib ki, Çinlə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir:

“Çin məsuliyyətli tərəfdaş olaraq Azərbaycanla əməkdaşlıqda öhdəliyini layiqincə yerinə yetirir”.

O, əlavə edib ki, Azərbaycan 30-dan artıq ölkəyə humanitar yardım göstərib.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir