NEWS.ru Xocalı hadisələri barədə material təqdim edib – VİDEO

1992-ci ildə Xocalı hadisələri Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hekayələrindən birinə çevrildi. Həmin vaxt 613 dinc sakin Ermənistan silahlı qüvvələrinin basqın etdiyi şəhəri tərk etmək istəyərkən həlak olub. Rəsmi Bakı bu hadisələri soyqırımı adlandırır. Onlarla ölkənin parlamentlərinin müvafiq komitələri, hətta ABŞ-ın 20 ştatı da eyni mövqedən çıxış edirlər.

NEWS.ru 30 ildən sonra bu qətliamdan sağ çıxan şahidlər, azərbaycanlıların gənc nəsli tərəfindən bu hadisənin necə qəbul edilməsi və çoxmillətli Qarabağda dialoqa və sülhə ümidin olub-olmaması barədə material təqdim edib.

Dürdanə Ağayeva 1992-ci ilin fevralında Xocalı şəhərində baş vermiş faciədən sağ çıxanlardan biridir və buna görə də 613 nəfər həmyerlisinin erməni silahlıları tərəfindən öldürülməsi hadisələrinin birbaşa şahididir, özü də kiçik qardaşı Elşadla birlikdə səkkiz gün Qaraqaya qəsəbəsində qəfil düşmənə çevrilən keçmiş qonşuları tərəfindən əsir götürülüb.

Bir neçə il əvvəl Ağayeva onun dediyinə görə, həyatını həmişəlik dayandıran hadisələr haqqında hətta kitab da yazıb, nəşr etdirib. Kitab “Erməni əsirliyində səkkiz gün” (rus dilinə tərcümə də daxil olmaqla) adlanır.

Ağayeva deyir: “Ermənilərin gözümün qabağında hamilə qadını necə öldürüb, məni və qardaşımı necə yaraladığını dünənki kimi xatırlayıram. O vaxtdan özümü yaşayan ölü kimi hiss edirəm, sanki onda, həmin dəhşətli gecədə ölmüşəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.