Ölkəmizdə ISESCO-nun regional ofisi fəaliyyətə başlayacaq

Azərbaycanda ISESCO-nun regional ofisi fəaliyyətə başlayacaq. 

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib. 

O deyib ki, regional ofisin gələcəkdə Şuşada fəaliyyət göstərməsi gözlənilir. 

“Ancaq bilirik ki, Şuşada hazırda yenidənqurma işləri həyata keçirilir. Buna görə də ISESCO-nun regional ofisi açılacağı təqdirdə müvəqqəti olaraq Bakıda öz işini görəcək”, – deyə nazir əlavə edib. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir