Ömər Çelik: “Makronun anlayışına görə, azərbaycanlı qardaşlarımızı dəstəkləməməliyik, bunu etməyəcəyik”-VİDEO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Partiyanın Mərkəzi Qərargahında keçirilən toplantıdan sonra mətbuat nümayəndələri qarşısında çıxış edib.

O, Fransa prezidenti Emmanuel Makronun Türkiyəyə münasibətini kəskin şəkildə tənqid edib. Partiya sözcüsü çıxışında Makronun Türkiyə-Azərbaycan münasibətlərindən duyduğu narahatlığı və onun bu narahatlıqdan doğan yanlış yanaşmasını da dilə gətirib.

“Makronun sivilizasiya anlayışına görə, Azərbaycandakı qardaşlarımızı dəstəkləməməliyik, Kiprdəki hüquq və mənafelərimizdən əl çəkməliyik. Bunu etməyəcəyik”, – deyə Çelik bəyan edib.

O, bildirib ki, ümumiyətlə Makronun xarici siyasəti Türkiyə və Ərdoğan düşmənçiliyi üzərində qurulub.

Mənbə: “Haber Global”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir