Overçuk: “Azərbaycan və Rusiya əlaqələrinin inkişafı üçün böyük potensial var”

“Azərbaycan və Rusiya arasında dəmiryollarının modernləşdirilməsi, yüksək texnologiya müəssisələrinin təsis edilməsi, bərpa olunan enerji və logistika sahəsində əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur”.

“Report” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın ikitərəfli münasibətləri çoxşaxəlidir və inkişaf edir.

A.Overçuk bildirib ki, Rusiya kənd təsərrüfatı üzrə Azərbaycanın ən böyük istehlakçısıdır: 

“Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 4,5 milyard, Azərbaycanın Rusiyaya investisiyalarının həcmi isə 1,5 milyard ABŞ dollarını ötür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir