PA rəsmisi ermənilərin Qarabağdakı kilsələrə qarşı vandalizmindən danışdı – FOTO

Erməni işğalından əvvəl Dağlıq Qarabağda pravoslav kilsələri var idi. Ancaq onlara necə münasibət göstərilməsinin özü maraqlıdır.

Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov “Moskovski Komsomolets” qəzetində dərc olunan məqaləsində bu mövzudan bəhs edir.

“Qarabağın tarixi paytaxtı Şuşa şəhərində, XIX-cu əsrdə Müqəddəs Yəhya Vəftizçi Rus Pravoslav Kilsəsi tikildi. Bu kilsə şəhərin yerli sakinləri olan azərbaycanlılar Şuşada yaşadığı bütün illər ərzində – həm Rusiya İmperiyası, həm müstəqil Azərbaycan Demokratik Respublikası, həm Sovet Azərbaycanı, həm də 1991-1992-ci illərdə (Azərbaycan müstəqilliyi elan edildikdən sonra) Şuşa şəhəri işğal olunana qədər mövcud olub.

Bəs onların yeni erməni “sahibləri” nə etdi? Pravoslav günbəzi sökdü, kilsə erməni üslubunda yenidən quruldu və özününküləşdirildi”, – deyə F. Axundov vurğulayır.

Bundan əlavə, o, ermənilərin Hadrut yaxınlığındakı pravoslav kilsəsini də dağıtdıqlarını vurğuladı.

“Ancaq Hadrut və ətrafı haqqında xüsusi olaraq qeyd etmək lazımdır. Burada, daha doğrusu, Hadrutun özündə deyil, yaxınlıqda, Kuropatkino kəndində rus pravoslav kilsəsi var idi. İndi isə o, belə görünür. Xeyr, bunlar müharibənin izləri deyil. Erməni işğalçıları onu sadəcə məhv ediblər”, – deyə sektor müdiri məbədin xarabalıqlarını nümayiş etdirərək vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir