Pakistanın baş naziri Azərbaycanı öz ərazilərini işğaldan azad etməsi münasibətilə təbrik edib

Pakistanın baş naziri İmran Xan Azərbaycanı öz ərazilərini erməni işğalından azad etməsi münasibəti ilə təbrik edib.

Bu barədə İslam Respublikasının hökumət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn formatda keçirilən sammitində bəyan edib.

“Xüsusilə Prezident İlham Əliyevi Azərbaycanın ərazilərini işğaldan uğurla azad etməsi münasibəti ilə təbrik edirəm”, – deyə Pakistanın baş naziri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir