Paris və Nant şəhərlərinin küçələrini “Qarabağ Azərbaycandır!” plakatları bürüyüb – FOTO

Fransanın Paris və Nant şəhərlərinin küçələrini Azərbaycanı dəstəkləyən şüarlar yazılmış plakatlar bürüyüb.

Fransada yaşayan Azərbaycan icması üzvlərinin təşkil etdikləri aksiyalar zamanı “Dağlıq Qarabağda erməni təcavüzünə son!”, “Dağlıq Qarabağ Azərbaycandır!”, “İşğal olunmuş əraziləri azad edin!” şüarlarını əks etdirən plakatlar əhalinin sıx yaşadığı rayonlarda xüsusi yerlərə yapışdırılıb.

Soydaşlarımız yerli sakinlərin diqqətini Azərbaycanın işğal olunmuş torpaqlarına cəlb edəcək bu aksiyanı Fransanın digər şəhərlərində də davam etdirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir