Paşinyan: “Ermənistan və Azərbaycan nümayəndələri arasında tez-tez görüşlər keçirilməlidir”

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, iki ölkə arasındakı münasibətlərdə böhranlı vəziyyətlərdən yayınmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha intensiv xarakter almalıdır.

O, bunu çərşənbə axşamı təşkil edilən onlayn mətbuat konfransı zamanı bəyan edib.

“Mövcud vəziyyətə əsasən hesab edirəm ki, Ermənistan və Azərbaycan nümayəndələri arasında tez-tez görüşlər keçirilməlidir ki, böhranlı vəziyyətlərdən çıxış yollarını tapa bilək”, – deyə Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, hazırda sərhəddə mümkün insidentlərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan Müdafiə Nazirliklərinin rəhbərləri arasında operativ əlaqə yaradılması müzakirə olunur.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir