Polis əməkdaşları cəbhəyanı bölgələrdə 24 saat xidmət aparır – VİDEO

Cəbhəyanı bölgələrdə polis əməkdaşları xidmət başındadır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir. Bununla əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Bakı şəhəri ilə yanaşı bölgələrdə də postlar qurulub.

Cəbhəyanı bölgələrdə polis əməkdaşları günün 24 saatı ictimai-asayişi təmin etmək üçün  xidmətlərini yorulmadan davam etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir