Politoloq: “Ermənilər Cənubi Qafqaz xalqlarının parodiyasıdır” – VİDEO

Ermənilər Cənubi Qafqaz xalqlarının parodiyasıdır.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, ermənilər gerçək Cənubi Qafqaz xalqı deyil:

“Bir xalqın tarixini, mədəniyyətini mənimsəyərək, özünə tarix yarada bilməzsən. Ermənilər musiqilərimizə, rəqslərimizə, tariximizə sahiblənməyə çalışdı. Onlar musiqimizi oğurlasalar da, özlərinin hər hansı formada yeni musiqi modelini yarada bilmədilər. Onların bizdən oğurladığı musiqilərə, rəqslərə baxsaq, yalnız parodiya görərik.

Ermənilər gerçək Cənubi Qafqaz xalqı deyil. Çünki Qafqaz xalqları arasında olan münasibətlər sisteminin erməni xalqlarına aidiyyəti yoxdur. Ermənilər tamamilə yad ünsür kimi görünürlər. Şübhəsiz ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Biz torpaqlarımızı azad etməklə həm də dağıdılmış olsa belə, abidələrimizi, musiqilərimizi də azad etdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir