Prezident: “Azərbaycan beynəlxalq səylərin səfərbər edilməsi üçün təşəbbüslərlə çıxış edib”

“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün ətraflı və ambisiyalı fəaliyyət planı qəbul etmişdi”. 

Oxu.Az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında deyib.

İlham Əliyev qeyd edib ki, dünyanı bürüyən koronavirus pandemiyası yeni reallıqlar və çətinliklər yaratdı.

“Bununla belə, biz vəziyyətə cəld və adekvat reaksiya verə bildik”, – deyən Prezident Azərbaycanın beynəlxalq səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslərlə çıxış etdiyini xatırladıb.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir