Prezident: “Bu gün Ermənistan artıq səsini belə çıxara bilmir”

“Ermənistanın baş naziri özünü nə hesab edir? Azərbaycanla belə danışmaqmı olar? “Qarabağ Ermənistanındır” deməklə Qarabağ heç vaxt Ermənistanın olmayacaq. Biz ona yerini göstərdik. İndi desin görüm, necə deyir “Qarabağ Ermənistandır”.

Bu barədə Prezident İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı məlumat verib.

İ.Əliyev bildirib ki, bu gün Ermənistan artıq səsini belə çıxara bilmir:

“Ermənistanın xarici işlər naziri məcbur olub, danışıqlar üçün Moskvaya gəlib. Gəlsin, orada desin, “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz.

Mən bunu demişəm, heç kim də bizi məcbur edə bilməz. O deyirdi ki, biz kriminal, qondarma “DQR”nin quldur başçısı ilə danışıqlar aparmalıyıq. Biz heç vaxt buna razı olmarıq və bu heç vaxt olmayacaq.

Odur ki, dünən və srağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi başından zərbə aldıqdan sonra dərk etməyə başladı ki, yalnız bizim şərtlərlə oturub-duracaq.

Biz nə desək, o da olacaq. Şans veririk ki, sülh yolu ilə torpaqlarımızdan çıxsınlar. Onsuz da biz bu torpaqlara qayıdıb, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu bütün dünya gördü.

Biz istəyirik ki, qan tökülməsin, şəhidlər olmasın. Rədd olun bizim torpaqlarımızdan, gedib öz ölkənizdə yaşayın. Biz öz torpaqlarımızı istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir