Prezident düşmənin məhv edilən və götürülən texnikalarını açıqladı

“Bu gün aparılan döyüşlərdə düşmənin hərbi texnikası məhv edilib və hərbi qənimətlər götürülüb”.

Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

İ.Əliyev qeyd edib ki, düşmənin 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir Uraqan, 10 özü yeriyən artilleriya qurğusu, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, iki REM və ya hava hücumundan müdafiə vasitəsi, iki “S-300” kompleksinin, 25 OSA zenit raket kompleksi, iki ədəd KUB zenit-raket kompleksi, dörd ədəd “Repelend” radiotexniki maneə vasitəsi, 136 top, 56 mina atan, bir Tos-1-a sursatı və iki radiolokasiya stansiyası məhv edilib.

Prezident düşməndən qənimət götürülən hərbi texnikadan da danışıb:

“Düşməndən 18 tank, dörd top, 22 piyadaların döyüş maşını, 12 minaatan, dörd UAZ maşını, bir ekskavator, 27 “İqla” kompleksi, bir ZİL maşını və doqquz QAZ maşını götürülüb. Düşmənin əlində Azərbaycan silahlı qüvvələrinə aid olan bir texnika da yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir