Prezident Hafiz Paşayevi təltif etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Hafiz Mir Cəlal oğlu Paşayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı sənədi AZƏRTAC yayıb.

Sərəncama əsasən, Hafiz Paşayev Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Hafiz Paşayev “ADA” Universitetinin rektorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir