Prezident: “Kəlbəcər – Laçın yolu yenidən qurulacaq”

“Kəlbəcər – Laçın yolu yenidən qurulacaq”.

Bu sözləri prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonların səfəri zamanı Laçına gedərkən deyib.

Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb.

Prezident İlham Əliyev sovet dönəmində inşa edilmiş tuneldən keçərkən vurğulayıb ki, ermənilər Kəlbəcəri tərk edərkən tuneli partlatmaq istəyib.

İlham Əliyev həm də bildirib ki, yeni çəkiləcək yolda nəzərdə tutulmuş tunellər bir neçə kilometr uzunluğunda olacaq.

Paylaşımı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir