Prezident: “Müharibədən sonra Ağdama üçüncü dəfədir səfər edirəm, hər dəfə buraya gələndə ürəyim ağrıyır”

“Mən müharibədən sonra Ağdama üçüncü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur”.

Bunu Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı Cümə məscidinin qarşısındakı çıxışında bildirib.

“Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Rayondakı bütün binaların, evlərin ermənilər tərəfindən dağıdıldığını qeyd edən Prezident İlham Əliyev deyib: 

“Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.