Prezidentin köməkçisi: “Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir”

Hər zaman Ermənistan tərəfinin təcavüz aktı həyata keçirəcəyini gözləyirik.

Bunu Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”ın canlı efirində deyib.  

O bildirib ki, Tovuz döyüşlərindən sonra Ermənistanın silahlandırılması davam edir.

“Bu gün Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir. Ermənistan 500 tondan artıq silah  alıb. Bunlar nə məqsədlə gətirilir? Bu suala hələ cavab ala bilməmişik”, – deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfi Rusiya Federasiyası qarşısında Ermənistanın niyə silahlandırılmasına dair məsələ qaldırıb.

O, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Gümrüdəki hərbi bazaya tikinti və inşaat materialları daşınması fikirlərinə də münasibət bildirib:

“Cavabımız ondan ibarət oldu ki, tikinti və inşaat materiallarının daşınması üçün təyyarələrə ehtiyac yoxdur. Həmin materialların daşınması üçün daha asan imkanlar ola bilərdi. Buna görə də sualımıza hələ də cavab tapa bilməmişik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir