Prezidentin köməkçisi: “Gəncənin bütün aidiyyəti strukturları iş başındadır”

“Gəncədə, Tərtərdə eləcə də və digər şəhərlərimizdə yaşayan tanışlarla şəxsən əlaqə saxlamışam. Hər kəs öz evindədir və hər kəs də torpaqlarımızın azad olunması uğrunda bu mübarizədə Ali Baş Komandanın hər bir əmrinə hazırdır”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O, bildirib ki, Ali Baş Komandan, president İlham Əliyevin tapşırığı altında Gəncənin bütün aidiyyəti strukturları iş başındadır:

“Gəncənin yerli icra hakimiyyəti orqanları, polis və digər hüquq-mühafizə orqanları,eləcə də digər xidmətləri göstərən orqanlar iş başındadır. Onlar vətəndaşlara daimi diqqət və qayğı göstərir, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.

Onların əzmi, əhval-ruhiyyəsi çox yüksəkdir. Bu müharibə Azərbaycanın vətən müharibəsidir. Məqsədimiz Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad etməkdir. Xalqımız 30 ildir Ermənistanın Azərbaycana qarşı işğalına münasibətə dözür və beynəlxalq danışıqlar prosesində iştirak edirdi”.

“Çox ağır relyef şəraitində mövcud olan hərbi istehkamları keçərək keçmiş adı Madagiz olan və adı bərba edilən Suqovuşan istiqamətində nailiyyətlər əldə edilib. Bu, hər birimizi sevindirir, qələbələrimiz bundan da çox olacaq. Məqsədimiz Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad etməkdir. Bu əzmi görən Ermənistan tərəfi hər zaman olduğu kimi qorxaq, xain təxribatlara əl atır. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri altında legitim hərbi hədəfləri sıradan çıxararaq, onların bütün hərbi resurslarını məhv edir. Xüsusəndə atəş həyata keçirən Azərbaycanın işal olunmuş ərazilərində yerləşən məntəqələr sıradan çıxarılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir