Prezidentin köməkçisi İlham Əliyevi təbrik etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ad günüdür. Güclü Azərbaycan dövlətinin qurucusu olan Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyaraq və müharibədə zəfərimizi təmin edərək, tariximizin Qəhrəman Dövlət Başçısı salnaməsinin müəllifidir”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir