Prezidentin köməkçisindən ermənilərin kiberhücumları ilə bağlı AÇIQLAMA

“Xaricdə olan erməni əsilli bir sıra şəxslərin Azərbaycana qarşı kiberhücumlar həyata keçirməsi barədə məlumatlar var. Onları bu hərəkətlərdən daşınmağa çağırırıq”.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycan tərəfindən kiberhücumların qarşısının alması üçün təhlükəsizlik təmin edilir:

“Media resurslarına onlarla ölçüləcək kiberhücumlar həyata keçirilir. Bunun qarşısı alınır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir