Prezidentin tapşırıqlarının icrasına nəzarət sistemi yaradılır – FƏRMAN

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır.

Bu barədə Azərbaycan Respublikası Prezidenti müvafiq fərman imzalayıb. 

Fərmana əsasən, “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etmək, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etmək və qiymətləndirməni aparmaq, həmçinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir