Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın bərpasında birinci dərəcəli tapşırıq mədəni irsin qorunmasıdır”

“Şuşa şəhərinin bərpası prosesində birinci dərəcəli tapşırıq mədəni irsin qorunmasıdır”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası layihələri üzrə təşkil olunmuş dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, şəhərin bərpası üzrə planın hazırlanmasında Britaniya şirkəti, yerli mütəxəssislər, Şuşada işləyən xarici şirkətlər iştirak edib və xüsusi diqqət koordinasiyaya, tikililərin planlaşdırılmasına yönəldilir.

“Biz şəhərin memarlıq görünüşündə ahəngdarlığı qorumaq üçün ərazinin ümumi landşaftını nəzərə almalıyıq. Bizim birinci dərəcəli tapşırıqlarımız Şuşanın mədəniyyət paytaxtı kimi irsinin qorunması, abidələrin bərpası və şəhərin gələcək inkişafıdır”, – deyə A.Kərimov deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir