Putin əfsanəvi bakılı kəşfiyyatçıya bənzəmək istəyib – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Bakıda anadan olan kəşfiyyatçı Rixard Zorgeyə bənzəmək istəyib.

Bu barədə Putin ad günü münasibətilə TASS agentliyinə verdiyi müsahibədə deyib.

Rusiya lideri qeyd edib ki, məktəbdə yuxarı sinifdə oxuduğu dövrdə R.Zorgeyə bənzəmək istəyib.

“Bu, tamam başqa bir tarixdir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda anadan olan kəşfiyyatçı Rixard Zorge 1941-ci ilin yayında Almaniyanın SSRİ-yə hücumunun tarixi barədə dəqiq məlumat verib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir