Putin: “Moskva və Bakı Azərbaycanda COVİD vaksini istehsalı üzərində çalışır”

Rusiya və Azərbaycan pandemiya ilə mübarizə sahəsində fəal əməkdaşlıq edir.

TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bəyan edib.

O, bildirib ki, Bakı və Moskva Azərbaycanda COVİD vaksini istehsalına başlamaq üzərində çalışır.

Həmçinin, Putin qeyd edib ki, 100 min dozadan çox Rusiya istehsalı olan koronavirus əleyhinə peyvənd artıq Azərbaycana çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir