Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi nəzərə alınaraq, Qazaxıstanda KTMT-nin sülhməramlı əməliyyatının gedişi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sülhməramlı kontingentin respublikada vəziyyətin normallaşmasına töhfə verən səmərəli koordinasiya edilmiş fəaliyyəti qeyd edilib.

Eyni zamanda, Qarabağ ətrafında mövcud vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası ilə bağlı bəzi məsələlər müzakirə edilib”, – deyə bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir