Putindən İlham Əliyev və Paşinyana Qarabağla bağlı ÇAĞIRIŞ

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Qarabağ məsələsinin həllinin əsas istiqamətində yeni addımları müzakirə etməyə dəvət edib.

TASS xəbər verir ki, Rusiya dövlət başçısı Qarabağla bağlı razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini, bunun münaqişənin ədalətli əsaslarla həlli üçün ilkin şərtlər yaratdığını söyləyib.

Putin Qarabağdakı ticarət və iqtisadi əlaqələrin açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistanın xüsusi üçtərəfli qrupunun məşğul olacağını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir