Qənirə Paşayeva: “Azərbaycan öz ərazisində anti-terror əməliyyatları aparır”

Azərbaycan xalqının iradəsini əks etdirən qurum olaraq Milli Məclis Fransaya kəskin etirazını bildirməlidir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, Fransa öz ərazisində terrorçulara qarşı mübarizə aparanda Azərbaycan onlara nəyi edib, nəyi etməyəcəyini diqtə etmir:

“Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparır. Ərdoğanın dediyi kimi Makronun tarix bilgiləri çox zəifdir. Makronun Dağlıq Qarabağla bağlı açıqlamaları bunu bir daha göstərir”.

Deputat Zahid Oruc isə qeyd edib ki, verilən hər bir bəyanat bizim dostlarımızın sayını artırmalıdır.

“Biz illərdir, bu siyasəti yürüdürük. Doğrudur, indi o dostlarımızın aktiv dəstəyini görmürük. Amma Azərbaycan yeni rayonları işğaldan azad etdikcə cənab Prezidentə zənglərin, bu qələbə sevincini bölüşmək istəyənlərin sayı artacaq. Digər tərəfdən ermənilər bizi təxribata çəkmək istəyirlər.

Artıq onlar Ermənistan ərazisindən ordumuza qarşı hücumlar edirlər və cavab atəşi açılmasını istəyirlər, biz buna getməyəcəyik. Azərbaycan nə 1992-ci ildə, nə də indi bu savaşın qlobal savaşa çevrilməsini istəyib. Amma Ermənistan elə görüntü yaratmaq istəyir ki, 3-cü dövlətlər bura müdaxilə etsin. Buna yol verməyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir