Qarabağın bərpasına gələn il nə qədər xərc çəkiləcək? – Nazir büdcə proqnozunu AÇIQLADI

“İşğaldan azad edilmiş ərazilərin bərpası 2022-ci ilin büdcə xərclərinin əsas istiqamətləri sırasında yer alacaq”.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Azad edilmiş ərazilərin bərpa olunması, yenidən qurulması, soydaşlarımızın öz doğma torpaqlarına qayıtması kimi şərəfli vəzifənin yerinə yetirilməsi təmin ediləcək”, – deyə nazir əlavə edib.

Onun sözlərinə əsasən, 2022-ci ildə bu məqsədlər üçün 2,2 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir