“Qazprom”un İdarə Heyətinin sədri İlham Əliyevi təbrik etdi

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, səmərəli fəaliyyət, planlarınızın uğurla reallaşmasını və Azərbaycanın rifahı naminə yeni nailiyyətlər arzu edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir